MMA, pankration və qrapplinq üzrə Bakı şəhər kuboku keçirilib. Uşaqlar və yeniyetmələr arasında təşkil olunan yarış Hövsan Olimpiya İdman Kompleksində baş tutub. Turnirdə 300-ə yaxın döyüşçü 11 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri paytaxt kubokunun 8 medalına yiyələniblər.MMA idman növündə Ayan Sonayeva (55 kq) bütün görüşlərdən qalib ayrılıb və qızıl medala sahib olub. Muhəmməd Nəsirov (42 kq) isə gümüş medala layiq görülüb.Qrapplinq növündə Leyla Mikayılova (25 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xəlil Sonayevlə (32 kq), Elnur Osmanov (73 kq) ikinci, Əli Əliyev (46 kq), İmran Aslanov (53 kq) və Yunus Məhəmmədli (66 kq) isə üçüncü yeri tutublar.