Futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilib. Bununla da cari mövsümün əsas mərhələsinə yekun vurulub.”Neftçi İdman Klubu” əsas mərhələnin sonuncu turunda “Record club” komandasını sınağa çəkib. “Olimpik Star”da gerçəkləşən  qarşılaşmada rəqibə heç bir şans tanımayan  futzalçılarımız 18:2  hesabı ilə qələbə qazanıblar. Komandamızın üzvlərindən Fərid Atakişiyev (1:47, 26:36), Ülvi Əliyev (5:47), Əjdər Əjdərov  (6:4), Rüfət Balakişiyev (13:29), Məhəmməd Abbasov (15:24), Hasan Ali Jafari  (16:54, 19:38, 28:06, 35:19), Nurlan Mehdizadə (27:25, 33:43, 34:56, 36:45), Mirzə Əmirov (28:43), Behzad Hassanzade (31:01) və Namiq Məmmədkərimov  (37:04, 39:07) “Record club”u  məyus ediblər.