Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.”Neftçi İdman Klubu”nun təmsilçisi Teymur Rəcəbov yenə ilk onluqda yer alıb. Şahmatçımız 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub.Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2794) ikinci, çinli Din Liren (2789) isə üçüncü pillədə qərarlaşıb.