Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan birinciliyi sona çatıb. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan turnirin son iki günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçilərindən Məhəmməd Ələkbərli (57 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib. Yalnız həlledici final görüşündə məğlub olan Qurban Məcnunov (38 kq) və İbrahim Qədirli (68 kq) isə gümüş medallara sahib olublar.Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçiləri respublika birinciliyini 5 medalla (2 qızıl, 1 gümüş, 2 bürünc) başa vurmuşdular.