“Neftçi İdman Klubu”nun təmsilçiləri, Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvləri Kamran Zeynalov və Yelena Taranova Almaniyanın Hannover şəhərində təşkil olunan beynəlxalq turnirdə gümüş medala sahib olublar. Paralimpiyaçılarımız miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında bu uğura imza atıblar.Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.