“Neftçi İdman Klubu”nun təmsilçiləri, Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvləri Kamran Zeynalov və Yelena Taranova Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal əldə ediblər. Odlu silahdan (tapança) 50 metr məsafəyə fərdi yarışda Kamran Zeynalov gümüş medala layiq görülüb. Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayevadan ibarət yığma isə komanda yarışında üçüncü yerə çıxıb.Xatırladaq ki, turnir bu il 17-29 sentyabrda Perunun paytaxtı Limada təşkil olunacaq dünya çempionatına lisenziya qazandırır.Klubumuzun paralimpiyaçısı Yelena Taranova 10 m və 25 m məsafəyə atəşaçmada mundiala vəsiqəni təmin edib.