Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında keçirilən güləş üzrə “Çempionlar” turnirinə yekun vurulub.Ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər.Yığma komandalarımızın heyətində yer alan “Neftçi İdman Klubu”nun yetirmələri mötəbər turnirdən dörd medalla ayrılıblar.Sərbəst güləşçilərimizdən 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev və Ramik Heybətov (65 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq “Çempionlar” turnirinin qalibi olublar. Əkbər Vəliyev (74 kq) isə üçüncü yeri tutub.Qadın güləşçilərin yarışında isə Ruzanna Məmmədova (55 kq) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüb.