Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışlarına yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Nigar Məmişova inamla çıxış edərək nüfuzlu yarışda böyük uğura imza atıb. Qırx kiloqram çəki dərəcəsində mübarizə aparan xanım cüdoçumuz bütün görüşlərdən qalib ayrılıb və Avropa kuboku turnirinin qızıl medalına sahib olub.