“Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Həsənzadə vəfat edib. Bir müddət əvvəl məşq zamanı ürəyi dayanan və komada olan 21 yaşlı müdafiəçi dünyasını dəyişib.Qeyd edək ki, Şirxan Həsənzadə Azərbaycanın U-21 yığmasının da üzvü idi.”Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov və klubun  kollektivi Şirxan Həsənzadənin vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin!