“Neftçi İdman Klubu”nun  paraüzgüçüsü Vəli İsrafilov Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyası yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb. Təmsilçimiz turnirdə  200 metr məsafəyə brass üsulu ilə üzmə  yarışlarında 2 dəqiqə 25.93 saniyəlik nəticə ilə gümüş medala sahib olub.