“Neftçi İdman Klubu”nun təmsilçisi, paralimpiya çempionu Orxan Aslanov İtaliyanın Yesolo şəhərində təşkil olunan atletika üzrə Qran-pri turnirində uzunluğa tullanma növündə 6.19 m nəticə göstərərək gümüş medala yiyələnib.Paralimpiyaçımız bu nəticə ilə iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.