Bu gün futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023 mövsümünə yekun vurulub.Həlledici final qarşılaşmasında  “Neftçi İdman Klubu”  və “Araz Naxçıvan”  komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında təşkil olunan və gərgin mübarizə şəraitində keçən matçda təmsilçimiz  böyük əzmkarlıq nümayiş etdirsə də, sonda güclü rəqibinə – turnir cədvəlinin liderinə  1:4 hesabı ilə məğlub olub və Azərbaycan çempionatının gümüş medalına layiq görülüb. “Araz Naxçıvan”  Azərbaycan çempionu olub.”Baku Fire” komandası isə  bürünc medala sahib  olub.Sonda mükafatlandırma mərasimi keçirilib. Mövsümü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb.Mükafatları Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, AFFA-nın baş katibi Sərxan Hacıyev və “Neftçi İdman Klubu”  İB-nin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov təqdim ediblər.