“Neftçi İdman Klubu”nun təmsilçisi Roman Saley Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən paraüzgüçülük üzrə dünya seriyası yarışının təsnifat mərhələsində daha bir gümüş medal əldə edib. Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi 100 metr məsafəyə arxasıüstə üsulla üzmə yarışlarında 01.01.09 nəticə göstərərək bu uğura nail olub.Xatırladaq ki, Roman Saley daha əvvəl 200 metr məsafəyə sərbəst üzmədə qızıl, 100 metrdə “butterfly” üsulu ilə, 50 metr məsafəyə isə arxasıüstə üzmə yarışlarında gümüş medallara layiq görülüb.