Litvanın Kaunas şəhərində keçirilən gənc cüdoçular arasında Avropa kuboku turniri sona yetib.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan xanım cüdoçusu  Nigar Süleymanova qızların mübarizəsində  mükafata layiq yer tutub. Yetmiş səkkiz kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Avropa kuboku yarışını bürünc medalla başa vurub.