Futbol üzrə Azərbaycan I Divizionunda XXIX  turun oyunlarına start verilib.Bu turda “Qaradağ Lökbatan” Mingəçevirin eyniadlı komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda reallaşan oyun  təmsilçimizin 1:0 hesablı qələbəsi ilə sona yetib. “Qaradağ Lökbatan”ın heyətində Urfan İsmayılov görüşün 56-cı qəqiqəsində rəqibi mərkəzə dəvət edib və komandasına növbəti 3 xalı qazandırıb.