Yeniyetmələr arasında boks üzrə Bakı birinciliyi keçirilib. Boks Mərkəzində təşkil olunan yarışa Bakının müxtəlif klublarını və idman cəmiyyətlərini təmsil edən 34 komanda qatılıb. Beş gün davam edən turnirdə 17 çəki dərəcəsi üzrə 188 boksçu qüvvəsini sınayıb.”Neftçi İdman Klubu”nun yetirmələri uğurla çıxış edərək paytaxt birinciliyinin 8 medalını (3 qızıl, 3 gümüş, 2 bürünc) qazanıblar. Boksçularımızdan Əli Qasımzadə (40 kq), Elgün Abbaslı (46 kq) və Əli Abdullayev (60 kq) bütün döyüşlərdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ömər Abbaszadə (48 kq), Mirzəşirin Məmmədov (63 kq), İlkin Hüseynli (70 kq) ikinci, Paşa Əmirov (38 kq) və Zaur Əmirov (52 kq) isə üçüncü yeri tutublar.Qeyd edək ki, ilk 4 yeri tutanlar və ya yarımfinala yüksələn idmançılar ölkə birinciliyində iştirak hüququ qazanıbar.