Şirvan Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli”nə həsr olunmuş kikboksinq turniri keçirilib. Yarışda 45 komandanın tərkibində 350 idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri də turnirdə qüvvələrini sınayıblar və 15 medal (8 qızıl, 3 gümüş, 4 bürünc) əldə ediblər.Kikboksçularımızdan Sənan İsgəndərov (30 kq), Süleyman Hüseynli (32 kq), Vüsal Qurbanov (37 kq), Uğur Talıblı (47 kq), Əli Feyzizadə (57 kq) və Murad Əlizadə (+67 kq) bütün döyüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız final görüşündə məğlub olan Mikayıl Ağayev (+32), Hüseyn Abbaszadə (60 kq) və Fəridə Quliyeva (42 kq) gümüş medala layiq görülüblər. Sahil Cəfərov (37 kq), Abdulla Hacıyev, Amil Axundzadə (hər ikisi 42 kq) və Hikmət Nəsrullazadə (47 kq) isə turniri üçüncü pillədə başa vurublar.Yarışın əsas döyüşlərində rinqə çıxan iki idmançımız – Eyyub Musayev (45 kq) və Əbülfəz Yaqubov (51 kq) rəqiblərini məglub edərək “Heydər Əliyev kuboku”na sahib olublar.