Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku turniri keçirilib.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçuları əzmlə mübarizə apararaq yarışın 4 medalına (2 qızıl, 1 gümüş, 1 bürünc) sahib olublar. İdmançılarımızdan Ruslan Paşayev (66 kq) və İbrahim Əliyev (73 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.Telman Vəliyev (73 kq) ikinci, Aslan Mirzəyev (100 kq) isə üçüncü yeri tutub.