“Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan cüdoçusu Əhməd Rüstəmov Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında keçirilən Avropa kuboku turnirində mükafata layiq görülüb. Əlli kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız yarışın bürünc medalına sahib olub.