Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək qılıncoynatma üzrə milli komandamızın heyəti açıqlanıb. Otuz doqquz ölkədən 467 qılıncoynadanın qatılacağı turnirdə Azərbaycanın 11 idmançısı bacarığını nümayiş etdirəcək. İştirakçılar şəxsi və komanda yarışlarında mübarizə aparacaqlar.”Neftçi İdman Klubu”nun qılıncoynadanları mötəbər yarışda 5 idmançı ilə təmsil olunacaqlar. Qadın sablyaçılarımızdan Səbinə Kərimova, kişilərdən isə Ayxan Xasıyev, Murad Əkbərov, Barat Quliyev və Ruslan Həsənov  milli komandamızın heyətində yer alacaqlar.Qeyd edək ki, III Avropa oyunları iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.