“Neftçi İdman Klubu”nun atleti Nazim Babayev Slovakiyanın Koşitse şəhərində Dünya Kontinental Turu – Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında uğurlu nəticəyə imza atıb. İdmançımız uzunluğa tullanma üzrə yarışda inamla çıxış edərək 7,80 metrlik nəticə göstərib. Yalnız çexiyalı Radek Yuşkadan geri qalan Nazim Babayev nüfuzlu turnirin gümüş medalına layiq görülüb.