Energetika Nazirliyinin təşkilatçılığı ilə  energetika sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında “Heydər Əliyev İli”nə həsr olunmuş şahmat turnirinə yekun vurulub. Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən və Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin komandalarının qatıldığı yarışda  30 nəfər  iştirakçı fərdi şəkildə mübarizə aparıb.SOCAR komandasının heyətində təmsil olunan Şahid Şəmilov turnirin bürünc medalına layiq görülüb.Xatırladaq ki, SOCAR komandasının heyətində Şahid Şəmilov, Zakir Tağızadə, Mirvari Məmmədova, Nuhi Mirzəyev və Azad İbrahimov yer almışdılar.