Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunları davam edir.”Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan hər iki boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb.Səksən kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Allahverdiyev 1/16 final mərhələsi çərçivəsində almaniyalı Kevin Şumannla  qarşılaşıb. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan idmançımız üçüncü hissədə rəqibinə tam üstünlüklə qalib gəlib və 1/8 finala yüksəlib.Digər boksçumuz Malik Həsənov (63,5 kq) da eyni uğuru təkrarlayaraq 1/8 finala vəsiqəni təmin edib. O, 1/16 final mərhələsində polşalı Roskoviç Bartlomeyi 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.Qeyd edək ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq.