“Neftçi” İdman Klubunun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Belə ki, atletlərimiz ilin birinci yarısında əldə etdikləri medalların sayına görə yenə də ölkədə fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyublar. İdmançılarımız ilin ilk yarısında ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda inamla mübarizə apararaq 175-i qızıl, 130-u gümüş və 157-si bürünc olmaqla, ümumilikdə 462 medala sahib olublar. Atletlərimiz  dünya yarışlarında 10 (1 qızıl, 8 gümüş, 1 bürünc), III Avropa Oyunlarında 2 (2 bürünc), Avropa yarışlarında 60 (25 qızıl, 11 gümüş, 24 bürünc), beynəlxalq turnirlərdə isə 62 medal (23 qızıl, 15 gümüş, 24 bürünc) qazanıblar. Respublika səviyyəli yarışlarda 148 dəfə fəxri kürsüyə qalxan (58 qızıl, 40 gümüş, 50 bürünc) klubumuzun təmsilçiləri, paytaxt yarışlarında 56 (19 qızıl, 19 gümüş, 18 bürünc), digər yarışlarda isə 124 medala (49 qızıl, 37 gümüş, 38 bürünc) yiyələniblər.