“Neftçi”nin 14-15 iyulda 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Kosovada keçiriləcək Priştina mərhələsindəki rəqibləri müəyyənləşib. Komandamız D qrupunda Hollandiya və Kosova yığmaları ilə mübarizə aparacaq.  Təmsilçimiz ilk matçını Hollandiya millisinə qarşı keçirəcək.Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.