“Neftçi” İdman Klubunun daha bir paraatleti Səid Nəcəfzadə 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Paralimpiyaçımız  buna adıçəkilən şəhərdə təşkil olunan dünya çempionatında uzunluğa tullanma növündə 7,11 metr nəticə göstərməklə  nail olub. Səid Nəcəfzadə mötəbər yarışın bürünc medalını qazanıb.Qeyd edək ki, daha əvvəl klubumuzun təmsilçisi Oloxan Musayev Yay Paralimpiya Oyunlarına ilk lisenziyaya sahib olmuşdu.