“Neftçi” İdman Klubunun paracüdoçuları İngiltərənin Birmingem şəhərində keçirilən IBSA Dünya Oyunlarında 3 medal qazanıblar. Təmsilçilərimizdən İlham Zəkiyev (+90 kq, J1) və Xanım Hüseynova (70 kq, J2) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər. Şəhanə Hacıyeva (48 kq, J2) isə turniri üçüncü pillədə başa vurub.