“Neftçi” İdman Klubunun şahmatçısı Teymur Rəcəbov sentyabrın 5-9-da Hindistanın Kəlküttə şəhərində keçiriləcək “Tata Steel Chess” beynəlxalq turnirinə qatılacaq. Turnirdə Teymur Rəcəbovla yanaşı Bakıdakı Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandha, o cümlədən Domaraju Qukeş, Arjun Erigaisi, Vidit Qujarati, Pentala Harikrişna (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Aleksandr Qrişuk (FIDE), Vinsent Keymer (Almaniya) və Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq.Reqlamentə əsasən şahmatçılar əvvəlcə rapid, son iki gündə isə blitsdə yarışacaqlar.