“Qafqaz” Biznes Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş budo el-1 prayd döyüş növü üzrə yeniyetmələr və gənclər arasında “Neftçi” İdman Klubunun açıq birinciliyi keçirilib. Yarışda 10 komandanın heyətində 100-ə yaxın idmançı bacarığını nümayiş etdirib. Gərgin idman mübarizəsi şəraitində keçən birincilik “Neftçi” İdman Klubunun  yetirmələrinin üstünlüyü ilə başa çatıb.Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən kubok, diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.