Neftçi” komandası  3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar (Fransa) mərhələsində yer aldığı B qrupunda əzmlə mübarizə apararq, əvvəlcə Misir  yığmasını (21:12), ardınca isə Niderland millisini (19:12) məğlub edib və qrup lideri kimi dörddəbir  finala yüksəlib.Final mərhələsinin oyunları sentyabrın 1-də keçiriləcək.Xatırladaq ki, “Neftçi” daha əvvəl Dünya Qadın Seriyasının Şuşa, Netanya (İsrail), Melilya (İspaniya) və Debretsen (Macarıstan) mərhələlərinin qalibi olub.