“Neftçi” İdman Klubunun parataekvondoçuları Fransanın paytaxtı Parisdə keçirilən Qran-pri turnirində 2 medal qazanıblar. Paralimpiyaçılarımız G6 kateqoriyalı yarışda yarımfinalda məğlub olublar və turniri üçüncü pillədə başa vurublar. Sabir Zeynalov (58 kq) türkiyəli, Əbülfəz Abuzərli (80 kq) isə cənubi koreyalı rəqibinə məğlub olub. Qeyd edək ki, hər iki parataekvondoçumuz K-44 kateqoriyasında mübarizə aparıb.