“Neftçi” komandasının 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində yer aldığı qrup və keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Yarışın 21-ci mərhələsi 31 avqust-1 sentyabr tarixlərində Fransanın Pon du Qar şəhərində 16 komandanın iştirakı ilə gerçəkləşəcək. “Neftçi” B qrupunda Niderland və Misir milliləri ilə üz-üzə gələcək. Təmsilçimiz ilk görüşünü avqustun 31-də saat 19:35-də Misir yığmasına qarşı keçirəcək.Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.Xatırladaq ki, “Neftçi” daha əvvəl Dünya Qadın Seriyasının Şuşa, Netanya (İsrail), Melilya (İspaniya) və Debretsen (Macarıstan) mərhələlərinin qalibi olub.