AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17  Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib.”Neftçi” İdman Klubunun on yeddi yaşlılardan ibarət futbol komandası bu  tur çərçivəsində təşkil olunan qarşılaşmada “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda baş tutan və gərgin mübarizə şəraitində keçən görüşdə qapılara qol vurulmayıb – 0:0.Xatırladaq ki, təmsilçimiz ilk turda “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın kollektivin 6:0 hesabı ilə məğlub etmişdi.