Gürcüstanın Tbilisi şəhərində sambo güləşi üzrə kişilər arasında Arçil Çoxelinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.”Neftçi” İdman Klubunun təmsilçisi Fuad Məmmədov yarışın mükafatına layiq görülüb. Altmış dörd kiloqram çəki dərəcəsində çıxış edən samboçumuz beynəlxalq turnirin bürünc medalını qazanıb.Komanda yarışında da yığmanın heyətində təmsil olunan idmançımız eyni uğuru təkrarlayıb və fəxri kürsünün üçüncü pilləsində yer alıb. Milli komandamız bürünc medal uğrunda mübarizədə Ermənistan seçməsini məğlubiyyətə uğradıb.