Bu gün Niderlandın Haaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyinə start verilib.Yarışın ilk günü “Neftçi” İdman Klubunun təmsilçisi Aydan Vəliyeva mötəbər yarışın  mükafatçıları arasında yer alıb. Əlli iki kiloqram çəki dərəcəsində çıxış edən xanım idmançımız üçüncü yer uğrunda görüşdə italiyalı Mikaela Sciacovellini məğlubiyyətə uğradıb və qitə birinciliyinin bürünc medalına yiyələnib.