“Neftçi” İdman Klubunun təmsilçisi, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən cüdo üzrə Avropa birinciliyində bürünc medala sahib olub.Xatırladaq ki, daha əvvəl klubumuzun xanım idmançısı Aydan Vəliyeva (52 kq) da eyni uğura imza ataraq fəxri kürsünün üçüncü pilləsində yer almışdı.