“Neftçi” İdman Klubunun şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutub. Otuz altı yaşlı qrossmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində uğurlu çıxış edib. O, 9 oyundan 5,5 xal toplayıb. Birinci yeri isə Maksim Vaşye-Laqrav (Fransa, 7 xal) tutub.Qeyd edək ki, yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə ən güclünü müəyyənləşdirəcəklər. Turnirdə Teymur Rəcəbov və Maksim Vaşye-Laqrav ilə yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparırlar.