“Neftçi” İdman Klubunun cüdoçusu Vüqar Talıbov Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən  Avropa birinciliyində uğurla çıxış edib. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız böyük  əzmkarlıq nümayiş etdirərək finala qədər irəliləyib. Yalnız həlledici görüşdə məğlub olan təmsilçimiz mötəbər yarışın gümüş medalına layiq görülüb.Xatırladaq ki, daha əvvəl klubumuzun yetirmələrindən Ömər Rəcəbli (81 kq) və Aydan Vəliyeva (52 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.