AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17  Azərbaycan çempionatında üçüncü turun oyunları keçirilib.”Neftçi” İdman Klubunun on yeddi yaşlılardan ibarət futbol komandası bu  turda EFA kollektivi ilə qarşılaşıb. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan oyun 1:1 hesablı bərabərliklə sona yetib.