16-17 sentyabrda Monqolustanın paytaxtı Ulan-Batorda 8 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsi keçiriləcək.”Neftçi” B qrupunda Çin yığması, ABŞ millisi və “Yuanda” (Çin) klubu ilə üz-üzə gələcək. Komandamız qrupda ilk oyununu sentyabrın 16-sı, Bakı vaxtı ilə saat 12:15 -də ABŞ yığmasına qarşı keçirəcək. İkinci görüş saat 14:05-də Çin millisi, sonuncu qarşılaşma isə saat 15:05-də “Yuanda” klubu ilə olacaq.Qeyd edək ki, qruplarda ilk pilləni tutan komandalar yarımfinala, ikinci və üçüncü sıranın sahibləri isə “play-in” mərhələsinə vəsiqə qazanacaqlar.