“Neftçi” İdman Klubunun strukturuna daxil olan Qaradağ Təlim-İdman Bazasında yüzlərlə yeniyetmə və gənc idmanın müxtəlif növləri ilə məşğul olur. Onlar Lökbatan qəsəbəsində fəaliyyət göstərən bu qurumda 16 peşəkar məşqçinin rəhbərliyi altında 11 idman növünün – futbol, güləş, bədii gimnastika, basketbol, boks, şahmat, cüdo, həndbol, atletika, akrobatika gimnastikası və karatenin sirlərinə yiyələnirlər.