Cənubi Koreyanın Jeju şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.Yarışın ilk günü “Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu olub.
Birinci gün tatami üzərinə üç idmançımız çıxıb. 60 kq çəki dərəcəsində mübarizə
aparan Orxan Səfərov turnirin bürünc medalına sahib olub. Təmsilçimiz yarışa
Tayvan idmançısı Yunq Vey Yanq üzərində qələbə ilə başlayıb. Ardınca ispaniyalı
Fransisko Harriqos ilə üz-üzə gələn Səfərov bu görüşdən də qalib ayrılıb. Dörddəbir
finalda o, komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə bu
mərhələyə belçikalı Senne Uins və Valid Hyarı məğlub etməklə yüksəlmişdi.
Azərbaycan duelindən Səfərov qalib ayrılıb və yarımfinala adlayıb. Burada
Monqolustan cüdoçusu Boldbatar Hanbatla bacarmayan
idmançımız bürünc medal uğrunda görüşə çıxıb və venesuelalı Havyer Quedsi
üstələyərək 3-cü olub.İlqar Müşkiyev isə ilk təsəlliverici görüşdə braziliyalı Erik Takabataka
məğlub olub və 7-ci pillədə qərarlaşıb.Klubun digər yetirməsi Nicat Şıxəlizadə (66 kq) mübarizəyə ikinci turdan
başlayıb. Belkçika idmançısı Kennet Van Qensbek və macarıstanlı Bens Zambori
üzərində qələbə qazanan cüdoçumuz dörddəbir finala yüksəlib. Burada
qazaxıstanlı Azamat Mukanovla üz-üzə gələn Nicat rəqibindən üstün olsa da,
cidii zədələnib. Bu səbəbdən yarımfinala çıxa bilməyən idmançımız təsəlliverici
görüşə də qatılmayıb və turniri 7-ci sırada tamamlayıb.