Azərbaycan Boks
Federasiyasının boks mərkəzində keçirilən Bakı şəhər birinciliyinə yekun
vurulub. 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan
yarışda dəri əlcək ustaları 13 çəki dərəcəsi üzrə mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun
boksçuları paytaxt birinciliyinin 3 medalına yiyələniblər. 52 kq-da çıxış edən
Amil İlyasov bütün döyüşlərdən qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Əflatun Babayev (50
kq) və Əmri Novruzov (66 kq) isə yarışın gümüş medallarına layiq görülüblər.