İranın paytaxtı Tehranda
böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi “Təxti Kuboku” beynəlxalq
turniri keçirilib.Turnirdə həm sərbəst, həm də
yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri mübarizə aparıblar. Güləşçilərimiz
turnirin 2 medalına sahib olublar.Fərəhli haldır ki, qazanılan medalların hər ikisi “Neftçi İdman Klubu”nun təmsilçilərinə
məxsusdur. Yunan-Roma güləşçilərimizdən Sakit Quliyev (59 kq), sərbəst güləşçilər
arasında isə Mircəlal Həsənzadə (57 kq) turnirin bürünc medallarına yiyələniblər.