Şağan Olimpiya İdman
Kompleksində keçirilən gənc cüdoçuların açıq Bakı birinciliyi sona çatıb. İki
gün davam edən yarışda paytaxt və bölgələrdən olan komandaların
heyətində 200-ə qədər idmançı qalib adı uğrunda mübarizə aparıb. Oğlanlar 55,
60, 66, 73, 81, 90, 100 və +100, qızlar isə 57, 70, 78 və +78 kq çəki dərəcələrində
qüvvələrini sınayıblar.”Neftçi İdman Klubu”nun gənc
cüdoçularından Fərid Qardaşxanov (60 kq) və Aslan Mirzəyev (90 kq) bütün görüşləri
qələbə ilə yekunlaşdıraraq paytaxt çempionluğunun sevincini yaşayıblar. Zərif
cinsin nümayəndələrindən isə Aytac Quluzadə (44 kq) və Nigar Cəfərova (+78 kq) eyni
uğuru təkrarlayıblar.