Hövsan Olimpiya İdman
Kompleksində 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr
arasında sərbəst güləş üzrə sayca 19-cu beynəlxalq turnir keçirilib. Dünya Güləş
Birliyinin mövcud qaydalarına əsasən 10 çəki dərəcəsi üzrə təşkil olunanyarışda 1999-2001-ci illər təvəllüdlü pəhləvanlar mübarizə
aparıblar. Yeniyetmələrin yarışında Azərbaycan güləşçiləri ilə yanaşı,
Gürcüstan və Rusiya idmançıları da qüvvələrini sınayıblar.”Neftçi İdman Klubu”nun
yetirmələri bu mötəbər turnirdə yüksək nailiyyətlər əldə ediblər. Böyük əzmkarlıq
nümayiş etdirən yeniyetmə güləşçilərimiz yarışın 2-si qızıl, 2-si gümüş və 4-ü
bürünc olmaqla, 8 medalına yiyələniblər. Onlardan 58 kq çəki dərəcəsində
mübarizə aparan Vahid Əlizadə (58 kq) və Əhliman Quliyev (85 kq) rəqib
tanımayaraq turnirin qalibi adını qazanıblar. Yalnız finalda məğlubiyyət acısı
yaşayan Çoban İsmayılzadə (50 kq) və Orxan Əliyev (63 kq) gümüş, Tehran Əliyev
(42 kq), Həzrət Maqsudov, Vüsal Hüseynov (hər ikisi 50 kq) və Emin Nəcəfzadə
(76 kq) isə bürünc medala sahib olublar.