20
Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün
deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstünə
şığıyan dəhşətli kabusa, sovet hərbçilərinin qorxunc qaragüruhuna qarşı sinəsini
sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin
hadisələr nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının,
suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş
1990-cı il 20 Yanvar hadisələrindən iyirmi altı il ötür. “Neftçi İdman Klubu” İctimai Birliyinin, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi Qanlı Yanvar faciəsində şəhid olanların
əziz xatirəsini ehtiramla yad ediblər.Həm ictimai birliyin, həm də federasiyanın rəhbərliyi və kollektivi,
eləcə də məşqçilər və idmançılar, cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər
Xiyabanını ziyarət edib, məzarlar önünə gül-çiçəklər qoyublar.