Böyüklər arasında keçirilən
qadın güləşi üzrə açıq Azərbaycan kubokuna yekun vurulub. Hövsan Olimpiya İdman
Kompleksində təşkil olunan yarışa Azərbaycan güləşçiləri ilə yanaşı,
Qazaxıstan, Macarıstan və Ukraynadan olan pəhlavanlar da qatılıblar.Klubumuzun turnirdə mübarizəyə
qoşulmuş xanım idmançılarındanüçü yarışın mükafatçıları
arasında yer alıb. Şəfəq Muradzadə (48 kq) və Almaz İsmayılova (55 kq) bütün
görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər idmançımız Səbirə Əliyeva (75 kq) isə bürünc medalla kifayətlənməli olub.