Azərbaycanın azadlığı və ərazi bütövlüyü
uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin
26-cı ildönümüdür. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. 26 il əvvəl,
yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən
Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə
havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna
etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu vəhşicəsinə hücuma
keçib, atəş açıb. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 137 mülki vətəndaş
öldürülüb, 744 adam yaralanıb.Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak
olanların xatirəsi hər zaman əziz tutulacaq!