İtaliyanın Linyano
Sabbyadoro şəhərində keçirilən yeniyetmə və gənc cüdoçuların 21-ci “Alpe Adria”
beynəlxalq turniri başa çatıb.Dünyanın müxtəlif ölkələrindən
988 cüdoçunun qatıldığı yarışda ölkəmiz gənclərdən ibarət milli komanda ilə təmsil
olunub. Əzmlə mübarizə aparan Azərbaycan cüdoçuları turnirin 9 medalını əldə
ediblər və ümumi komanda hesabında birinci yeri tutublar.Qazanılmış medallardan üçü
“Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur. Cüdoçularımızdan
Natiq Qurbanlı (55 kq) və Murad Heydərli (60 kq) bütün rəqiblərindən üstün
olublar və qızıl medallara yiyələniblər. Azər Yaqubov (90 kq) isə turniri 3-cü
yerdə sonuclayıb.